AZ

Daşkəsəndə 2 nəfər bıçaqlandı, saxlanılanlar var

Daşkəsəndə iki nəfər bıçaqlanıb.

Rayon sakini orta yaşlı Asəf İsmayılov və 2010-cu il təvəllüdlü Cəsarət Ələkbərov bıçaq yarası ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə gətirilib.
 
DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı Elgün Məmmədov və 18 yaşlı Zamin Rzazadə saxlanılıblar. Araşdırmalar davam etdirilir.
 
 

Seçilən
88
4
7news.az

6Mənbələr