RU

Avropa Komissiyasından ABŞ nəhənginə dəhşətli zərbə: Nəzərlər Trampda... 

Avropa Komissiyası (AK) ABŞ-ın Google korporasiyasına Avropa İttifaqının reklam bazarında yol verdiyi sui-istifadələrə görə 2,95 milyard avro məbləğində cərimə kəsib.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, məlumat AK-nin bəyanatında açıqlanıb: “Komissiya Google-un mal və xidmətlərin təşviqi sahəsində Avropa rəqəmsal bazarında dominant mövqeyindən sistemli şəkildə sui-istifadə etməsi ilə əlaqədar 2,95 milyard avro məbləğində cərimə tətbiq etmək qərarına gəlib”.

Qeyd edək ki, Google ilə bağlı araşdırma 2023-cü ildən davam edir, lakin ABŞ-la münasibətlərin pisləşməsi təhlükəsi səbəbindən cərimə ilə bağlı qərar uzun müddətə təxirə salınıb.

Müşahidəçilərə görə, Avropa Komissiyasının bu qərarı ABŞ prezidenti Donald Tramp tərəfindən kəskin etirazla qarşılanacaq.

Избранный
14
3
olke.az

4Источники