Avropa Komissiyası (AK) Amerikanın Google korporasiyasına Aİ-nin reklam bazarında yol verdiyi sui-istifadələrə görə 2,95 milyard avro məbləğində cərimələyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə AK-nin bəyanatında deyilir.
“Komissiya Google-un mal və xidmətlərin təşviqi sahəsində Avropa rəqəmsal bazarında dominant mövqeyindən sistemli şəkildə sui-istifadə etməsi ilə əlaqədar 2,95 milyard avro məbləğində cərimə tətbiq etmək qərarına gəlib”, - deyə məlumatda qeyd edilir.
Google ilə bağlı araşdırma 2023-cü ildən davam edir, lakin ABŞ-la münasibətlərin pisləşməsi qorxusu səbəbindən cərimə ilə bağlı qərar uzun müddətə təxirə salınıb.