BAKI, 6 sentyabr. TELEQRAF
Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 2.10% azalaraq 65.58 dollar/barel olub.
Teleqraf xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 2.38 % azalaraq 61.97 dollar təşkil edib.