RU

Məşhur türkiyəli aktrisa Hande Erçelin keçmiş sevgilisi ayrılıqları ilə bağlı sərt açıqlama verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur türkiyəli aktrisa Hande Erçelin keçmiş sevgilisi, iş adamı Hakan Sabancı ayrılıqları ilə bağlı sərt açıqlamalar verib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Hakan Sabancı xəyanət iddiaları və anası Arzu Sabancıya ünvanlanan tənqidlərlə bağlı da danışıb.
Qeyd edək ki, 3 ilə yaxındır birlikdə olan cütlük ayrılma qərarı ilə gündəm olub və münasibətin bitməsinin səbəbi kimi müxtəlif iddialar ortaya atılıb.
İş adamı yayılan xəbərləri şərh edərək, həqiqətəuyğun olmadığını deyib.
"Qarşılıqlı şəkildə qərar verdik. Hər kəs nəsə deyir. Qərarın üçüncü şəxslərlə heç bir əlaqəsi yoxdur. Ailəmə, xüsusən də anama çox hörmətsizlik edirlər. Anam çox kədərlənir və bu səbəbdən, nəhayət, özü də açıqlama vermək məcburiyyətində qaldı.
Başa düşürəm, bu, şərhlərə açıq bir mövzudur, ona görə də gündəm yaratmağa çalışırlar. Lakin bu, iki şəxsin qərarıdır. Bir dəfə danışmışam, daha danışmayacağam.
Münasibətlər yaşanır, ancaq davam edə bilər və ya etməz, bu, iki nəfərin qərarıdır. Bu mövzunun başqa şeylərlə əlaqəsi yoxdur", - deyə Hakan Sabancı bildirib.
Həmçinin bir gün əvvəl anası Arzu Sabancı da cütlüyün ayrılıq qərarını özlərinin verdiyini və buna hər hansı şəkildə müdaxilə etmədiyini vurğulayıb.
Избранный
43
26
oxu.az

10Источники