RU

Lahıc-Dəmirçi istiqamətinə gedən sürücülərə XƏBƏRDARLIQVİDEO

Yolun aktiv sürüşmə zonalarında çatlar əmələ gəlib, çökmələr olub.

Xezerxeber.az xəbər verir ki, söhbət İsmayıllının Lahıc-Dəmirçi  yolundan gedir. Yolun əsas hərkət zolağı sürşməyə məruz qalıb. Yolda ilk sürüşmə bu ilin mart ayında qeydə alınmışdı. Ötən gün həmin yolun bir- neçə hissəsində də təkrar sürüşmələr baş verib. 

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin "9 n-li Yol İstismarı" MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, Lahıc-Dəmirçi avtomobil yolu aktiv sürüşmə zonasında yerləşdiyindən yolun 6-9- 11-ci kilometrliklərində sürüşmələr tez-tez baş verir. Bu ilin martında yolun 11-ci km-də sürüşmə baş vermişdi.  Hazırda da sürüşmələr davam edir.

Nəticədə də yolda qabarmalar, çökmələr əmələ gəlir ki, oraya da texnikalar cəlb olunur və nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
51
xezerxeber.az

1Источники