Ajans.az xəbər verir ki, sanksiya reklam bazarında sui-istifadə hallarına görə tətbiq edilib. "Komissiya "Google"a mal və xidmətlərin təşviqi sahəsində Avropa rəqəmsal bazarındakı dominant mövqeyindən sistematik şəkildə sui-istifadə etdiyinə görə 2,95 milyard avro məbləğində cərimə tətbiq etmək qərarına gəlib", - deyə rəsmi məlumatda deyilir.

"Google" İlə bağlı araşdırma 2023-cü ildən davam edir. Lakin ABŞ ilə münasibətlərin pisləşməsi qorxusu səbəbindən cərimə qərarı uzun müddət təxirə salınıb.