16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-16) sentyabrın 6-dan 13-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq.
Arena.az xəbər verir ki, U-16 hazırlıq çərçivəsində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Qarşılaşmalar sentyabrın 10-da və 12-də Bakı Olimpiya Stadionunun məşq meydançasında təşkil olunacaq. Hər iki görüşə saat 17:00-da start veriləcək.
Millimizə dəvət olunmuş futbolçuların adlarını diqqətinizə çatdırırıq:
- Bilal Hacıyev – Qarabağ
- Cavidan Babayev – Marset (İspaniya)
- Kamal Camalzadə – Neftçi
- Uğur Qurbanlı – Qarabağ
- Roman Fərzəli – Qarabağ
- Vaqif Nəbiyev – Qarabağ
- Nicat Əhmədzadə – Marset (İspaniya)
- Əhəd Hacızadə – Qarabağ
- Cəfər Cəfərzadə – Sabah
- Rəsul Balakişiyev – Marset (İspaniya)
- Tunar Bayramov – Qarabağ
- Ruslan Əbilov – Sabah
- Yusif Orucəliyev – Qarabağ
- Nihat Hüseynzadə – Sabah
- Ömər Kosayev – Sumqayıt
- Ruslan Quliyev – Neftçi
- Şikar Şikar – Neftçi
- Vaqif Məmmədli – Sabah
- Mehdi Hüseyn – Qarabağ
- Furqan Musayev – Beşiktaş (Türkiyə)
- Firdovsi Şeydayev – Sabah
- Raul Hüseynov – Neftçi
- Əli Bəşirov – Qarabağ