RU

Azərbaycan boksçusundan uğurlu start

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Futbolpress.az xəbər verir ki, Səidcəmşid Cəfərov ilk döyüşünü xeyrinə bitirib.

75 kq-da mübarizə aparan təmsilçimiz 1/16 finalda Qavin Raffertini (İrlandiya) məğlub edib. Hər üç raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə qələbə qazanıb.

O, növbəti görüşünü ilk mərhələdən azad olan Dayqo Sunaqaya (Yaponiya) qarşı keçirəcək.

Qeyd edək ki, döyüş sentyabrın 9-da olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
82
10
futbolpress.az

10Источники