Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, dünyanın ən böyük regional qurumu kimi ŞƏT-ə üzv ölkələrin Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin etdiyini nəzərə alsaq Azərbaycanın bu regional təşkilatla əlaqələrinin hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb etdiyini aydın şəkildə görmək mümkündür. Azərbaycan hər zaman dayanıqlı iqtisadi inkişafı, təkmil inkişaf modeli ilə dünyanın diqqətindədir. “ŞƏT plyus” formatında keçirilən görüşə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılmışdı. Antimilli ünsürlər, o cümlədən kərimov əli bu reallığı qəbul etməlidir ki, artıq fərziyyələrini reallıq kimi ictimai fikrə sırımaq zamanı deyil. Yeni texnologiyaların sürətlə inkişaf etdiyi hazırkı dövrdə cəmiyyətin hər bir üzvü istər ölkədə, istərsə də dünyada baş verən hadisələri daha dərindən öyrənmək, təhlil etmək imkanlarına malikdir. Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbirə diqqət yetirsək, onun mahiyyətinə, hansı mövzuya həsr olunmasına, ən əsası hansı məkanda keçirilməsinə baxmayaraq əsas diqqət Azərbaycanın uğurlu siyasətinə yönəlir. Azərbaycan artıq üçüncü dəfə idi ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatılırdı. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr də diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyevin Çinə işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə də hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, Azərbaycanın bərpaolunan enerji potensialı xüsusi diqqət göstərilən məsələ oldu. Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP kimi layihələr ŞƏT məkanında enerji təhlükəsizliyi baxımından diqqət mərkəzində saxlanılır. Digər tərəfdən Azərbaycan Orta Dəhlizin əsas dövlətlərindən biridir. Çinlə Avropanı birləşdirən bu nəqliyyat arteriyası ŞƏT-in üzvü olan dövlətlərin iqtisadi maraqlarına tam cavab verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizi perspektivi Azərbaycanı ŞƏT ölkələri üçün mühüm tranzit tərəfdaşa çevirir. Amma dövlətimizin marağında olan nə varsa xaricdəki antimilli ünsürlərin, kərimov əlilərin marağına uyğun deyil. Utanmadan manipulyasiya ilə məşğul olan bu şəxslər nədənsə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantıda iştirakını yada salmırlar. Türkiyə NATO üzvü olan güclü dövlətdir. Bəs, NATO və Avropa İttifaqının üzvü olan Slovakiyanın baş nazirinin Pekində keçirilən tədbirlərdə iştirakına nə deyəcəksiniz? Ay siyasi diletant, Çində toplaşanlar avtoritarlardırsa onda bu ölkə necə Avropa İttifaqının üzvüdür?!
7Источники
-
az.trend.azSiyasi diletantların ucuz və uğursuz manipulyasiya oyunları - ŞƏRH ( 21052156)
-
demokrat.azVüqar Rəhimzadə: Siyasi diletantların ucuz və uğursuz manipulyasiya oyunları ( 21051766)
-
sia.azSiyasi diletantların ucuz və uğursuz manipulyasiya oyunları Vüqar Rəhimzadə ( 21051256)
-
sia.azSiyasi diletantların ucuz və uğursuz manipulyasiya oyunları - Vüqar Rəhimzadə ( 21051052)
-
olaylar.azVüqar Rəhimzadə: Siyasi diletantların ucuz və uğursuz manipulyasiya oyunları ( 21050950)
-
sabahinfo.azVüqar Rəhimzadə: Siyasi diletantların ucuz və uğursuz manipulyasiya oyunları ( 21050896)
-
ikisahil.azVüqar Rəhimzadə: Siyasi diletantların ucuz və uğursuz manipulyasiya oyunları ( 21050350)