RU

FHN-in Aran Regional Mərkəzi təlim keçirdi

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda təlim keçirib.

Bu barədə Publika.az-a qurumun Mətbuat xidmətindən bildirilib.

Təlimin keçirilməsində məqsəd Regional Mərkəzin xilasedicilərinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə şərti çağırış üzrə dərhal hadisə yerinə çatıb, müvafiq vasitələrlə mənzilə daxil olaraq “halsız vəziyyətdə olan vətəndaşları xilas ediblər”.

Избранный
37
7
publika.az

8Источники