RU

QHT sədri: "Yardım yalnız maddi deyil, həm də motivasiya olmalıdır"

“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, cərrah Akif Kərimov QHT.az-a açıqlamasında bildirib ki, birliyin fəaliyyəti əsasən veteranlara, Qarabağ müharibəsi əlillərinə və yardıma ehtiyacı olan insanlara dəstək göstərməyə yönəlib.

Onun sözlərinə görə, məqsəd yalnız yardım etmək deyil, həm də həmin şəxslərin özlərinin də başqalarına dəstək göstərməsinə imkan yaratmaqdır. Akif Kərimov qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə müxtəlif layihələr həyata keçirilib: "Biz tikiş sahəsi üzrə layihələr icra etdik, gün ərzində bir neçə tikişçi hazırlamaq imkanımız oldu. Hətta tikiş maşınları da hədiyyə etdik ki, onlar işlərini davam etdirsinlər. Bu gün həmin insanlar evlərində, yaxud da kiçik sexlərdə işləyir, ailələrinə dəstək verirlər."

Birliyin sədri əlavə edib ki, təşkilat indiyədək pulsuz kurslar da təşkil edib: "Biz şahmat məktəbi, dil kursları açmışıq. Məqsəd uşaqlara və gənclərə dəstək olmaqdır."

Akif Kərimovun sözlərinə görə, xeyriyyəçilik yalnız bir nəfərə individual yardım kimi deyil, bir neçə ailəni cəlb edən dəstək forması kimi həyata keçirilməlidir:

"Belə olduqda həm insanların işləmə qabiliyyəti artır, həm də ruh yüksəkliyi yaranır."

 

Pərvanə Fərhadqızı

Избранный
70
qht.az

1Источники