ain.az, News24 saytına istinadən bildirir.
Dünən axşam baş vermiş yol qəzasında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilmiş, onlara orada müvafiq tibbi müdaxilələr edilmişdir.
Bu barədə News24.az-ın soğrusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, xəsarət alanların vəziyyətləri qənaətbəxş hesab edildiyindən evə buraxılmışlar.
Xatıladaq ki, ötən gün Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində gölməçə üzərində olan platforma aşıb, nəticədə ölənlər olub. Hadisə nəticəsində 3 nəfər ölüb. Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.