RU

Ukraynaya 10 min sülhməramlı yerləşdirmək istəyirlər

Ukraynaya

Avropa ordularının liderləri Ukraynada quru qoşunlarının iki qrupu da daxil olmaqla, ətraflı yerləşdirmə planı hazırlayıblar: biri Ukrayna ordusunu öyrətmək və dəstəkləmək üçün, digəri Rusiyanın gələcək mümkün işğalını qorxutmaq üçün nəzərdə tutulmuş ayrı-ayrı “zəmanət” qüvvələri.

Reyting.az
“The Wall Street Journal”a istinadla xəbər verir ki, hazırkı planda Ukraynaya 10 mindən çox hərbçinin yerləşdirilmə öhdəliyi var. Digər tərəfdən, Ukrayna səmasında hava patrulluğu ölkə hüdudlarından kənarda yerləşən qüvvələr tərəfindən həyata keçirilək.

Planlar 35 ölkədən rəsmilərin, o cümlədən bəzi amerikalı generalların və NATO-nun Əməliyyat Komandanlığı rəhbərinin qatıldığı sammitdə müzakirə edilib.

Məlumata görə, prezident Donald Tramp ABŞ-nın Ukraynaya hansısa formada təhlükəsizlik zəmanəti verməsi ideyasına daha açıq olub, lakin bu dəstəyin necə olacağı ilə bağlı qeyri-müəyyən qalıb. Keçən ay o, ABŞ-nın Ukraynada Avropa təhlükəsizlik qüvvələrini dəstəkləmək üçün hava gücündən istifadə etməyə hazır olacağına işarə etsə də, Amerika quru qoşunlarının yerləşdirilməsi istisna olunub.

Avropa rəsmiləri ABŞ-nın Ukraynaya kəşfiyyat və informasiya dəstəyini davam etdirəcəyinə əmindirlər.

Ukrayna mediası yazır ki, ilkin olaraq, Parisdə keçirilən sammitin nəticələrinə əsasən, Ukraynaya 30 min avropalı əsgərin göndərilə biləcəyi ehtimal olunurmuş.

“Lakin hamı deyir ki, bu, sülh sazişindən, ABŞ-nın rolundan və bir çox hallarda parlamentlərin təsdiqindən asılıdır”, - media mənbələrindən biri bildirib.

E. KAMAL
Избранный
47
18
reyting.az

10Источники