RU

35 ölkə razılaşdı - Ukraynaya 10 minlik ordu yeridilir

BAKI, 5 sentyabr. TELEQRAF

Avropa liderləri Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün ətraflı plan hazırlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” Avropa rəsmilərinə istinadla məlumat yayıb.

Ölkədə yerləşdiriləcək hərbi kontingent iki qrupdan ibarət olacaq: birincisi, Ukrayna ordusuna təlim keçəcək, ikincisi, Rusiyanın mümkün gələcək hücumunun qarşısını almaq üçün nəzərdə tutulmuş zəmanət qüvvəsidir.

Nəşr yazıb ki, plan 10 000-dən çox hərbçinin yerləşdirilməsini nəzərdə tutur.

Qeyd edilib ki, plan 35 ölkənin rəsmilərinin qatıldığı, ABŞ generalları və NATO Əməliyyat Komandanlığının rəhbərinin iştirakı ilə keçirilən sammitdə müzakirə olunub.

Məlumata görə, ABŞ Prezidenti Tramp artıq Vaşinqtonun Ukraynaya hansısa formada təhlükəsizlik təminatı verməsi ideyasını qəbul edib, amma bu dəstəyin necə olacağı qeyri-müəyyəndir. Keçən ay o, ABŞ-nin Ukraynada Avropa təhlükəsizlik qüvvələrini havadan dəstəkləməyə hazır olduğunu bildirsə də, Amerika quru qoşunlarının yerləşdirilməsini istisna edib.

Avropa rəsmiləri ABŞ-nin Ukraynaya kəşfiyyat və informasiya dəstəyini davam etdirəcəyinə əmindirlər.

Избранный
12
18
teleqraf.com

10Источники