RU

Vestibulyar gimnastika kəskin başgicəllənmənin aradan qaldırılmasında mühüm rol oynayır - SN (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutununhəkim-nevroloqu Pərviz Axundov nazirliyin rəsmi saytına müsahibəverib.

Trendhəmin müsahibəni təqdim edir:

- Pərviz müəllim, ilk öncə bilmək istərdik ki, başgicəllənmənədir və hansı növləri var?

- Başgicəllənmə (vertiqo) hərəkət olmadığı halda yerin cazibəqüvvəsinə nisbətən hərəkət hissidir. Başgicəllənmələr fizioloji vəpatoloji olmaqla 2 yerə ayrılır.
Fizioloji başgicəllənmələr müəyyən şəraitdə beyinə daxil olansensor informasiyanın uyğunsuzluğu sayəsində yaranır. Məsələn,hündürlükdə dayandıqda, hərəkət edən cisimləri izlədikdə,çəkisizlik vəziyyətində, uzunmüddətli fırlandıqda və s.
Patoloji başgicəllənmələr vestibulyar və onun mərkəzi sinirsisteminin müxtəlif şöbələri ilə olan əlaqələrinin zədələnməsizamanı meydana çıxır.
Patoloji başgicəllənmələrin 4 əsas tipi var. Ən çox rast gəlinənsistemli baş gicəllənmələr zamanı pasiyent fırlanma və ya hərəkətolmadığı halda hərəkət hissi keçirir. Digər tiplərə lipotimiya(daha çox insulin istifadə edən şəkərli diabet xəstələrində, bəzidərmanların qəbulu ilə bağlı olaraq baş verir), yerişin vətarazlığın pozulması, psixogen başgicəllənmələr daxildir.

- Başgicəllənmələrin ən çox rast gəlinən formalarıhansılardır?

- Ümumiyyətlə, başgicəllənmələr tibbi yardım üçün əsas müraciətsəbəblərindən biridir. Vestibulyar vertiqolu xəstələrin arasındaxoşxassəli paroksismal pozisyonal vertiqo (XPPV) daha çox rastgəlinir. Belə ki, həyat boyunca xoşxassəli paroksismal pozisyonalvertiqonun yaranma ehtimalı 10 %-i civarındadır.
Vestibulyar vertiqonun digər ən çox rast gəlinən səbəbləri Menyerxəstəliyi və vestibulyar neyronitdir.

- Xoşxassəli paroksizmal pozisyonal vertiqoya səbəb nədir və o,necə özünü göstərir?

- Patologiya adətən arxa yarımdairəvi, horizontal və ya (nadirhallarda) yuxarı yarımdairəvi kanalda müşahidə olunur. Kanalolitiaz(yarımdairəvi kanallarda sərbəst üzən kalsium karbonathissəcikləri) və ya kupulolitiaz (yarımdairəvi kanala bitişikkalsium karbonat hissəcikləri) nəticəsində pasiyentlərdə güclübaşgicəllənmə, ürəkbulanma, bəzən qusma, arterial təzyiqin qalxmasıvə ya enməsi, tərləmə kimi əlamətlər baş verir.
Başgicəllənmə tutmaları 1 dəqiqədən az çəkir və başın məkandakımövqeyinin sürətlə dəyişməsi nəticəsində yaranır. Adətən pasiyentuzanmış vəziyyətdə olduqda və başı sağa, yaxud sola əyilən zamanmüşahidə olunur.
Xəstələrin bir qismində güclü başgicəllənmə epizodlarından sonra,stresə reaksiya kimi həyəcan və depressiv pozuntular inkişaf edir.Bu da ikincili psixogen başgicəllənmənin yaranmasına səbəb olabilir.
Bəzən belə xəstələr yanlış olaraq “beyin qan dövranının pozulması”olduğunu düşünərək, uzun müddət nəticəsiz olaraq müxtəlif dərmanmaddələrini qəbul edirlər.

- Doktor, xoşxassəli paroksizmal pozisyonal vertiqo necə müalicəolur?

- 2008-ci ildə bir çox ixtisaslı ekspert qrupu və AmerikaNevroloqlar Akademiyası XPPV-nin idarə edilməsinə dair sübutaəsaslanan təlimatlar dərc edilib. Onlar xəstəliyin müalicəsi üçünkanalitlərin repozisiya manevrlərini, eyni zamanda bu simptomlarınaradan qaldırılması üçün dərman maddələrini təyin etməməyi tövsiyəetdilər. Mütəxəssislər bu məqsədlə istifadə edilən dərmanlarınplasebodan daha yaxşı olmadığını və sedasiya, yıxılma və gecikmişsimptomların yaxşılaşdırılması da daxil olmaqla potensial riskləribildirdilər.

Başqa sözlə, xoşxassəli paroksizmal pozisyonal vertiqodərmansız, həkim tərəfindən aparılan manevrlərin köməkliyi iləeffektiv şəkildə müalicə olunur. Arxa yarımdairəvi kanalzədələnmələrində tətbiq edilən Epley manevri ən yaxşı sübut edilmiştexnikadır. Bir sıra idarə olunan və ya öz-özünə idarə olunanhərəkətlər vasitəsilə yerindən çıxmış kanalitlər posterioryarımdairəvi kanaldan geri utrikula doğru hərəkət edir.Müvəffəqiyyət nisbəti bir müalicədən sonra təxminən 80% təşkil edirvə dörd dəfəyə qədər təkrarlanandan sonra 92%-ə yüksəlir.

- Menyer xəstəliyi hansı əlamətlər özün büruzə verir?

- Vestibulyar başgicəllənmələrin ən çox rast gəlinən 2-ci səbəbiMenyer xəstəliyi hesab edilir. Xəstəlik əsasən 4 əlamət əsasındamüəyyən olunur: başgicəllənmə, tinnitus (qulaqda küy), eşitməitkisi və qulaqların tıxanması hissi.
Menyer xəstəliyi zamanı baş gicəllənmə tutmaları adətən bir neçədəqiqədən bir neçə saata qədər davam edir.

- Vestibulyar gimnastika nədir?

- Vestibulyar gimnastika vestibulyar sistemin mərkəzi və yaperiferik şöbələrində zədələnmənin adaptasiyasına yönəlmiş kompleksməşqlərdir.
Vestibulyar gimnasikanın məqsədi tarazlıq məşqləri, subyektivbaşgicələnnmə və yıxılma hissinin azaldılması, hərəkətlərinkoordinasiyasının bərpası, həyəcanın aradan qaldırılmasıdır.

- Vestibulyar gimnastika nə qədər effektivdir və nə zamanaparılmalıdır?

- Vestibulyar gimnastika çox effektivdir və kəskin başgicəllənmətutmasından dərhal sonra başlamalıdır. Erkən başlanılan gimnastikabərpanın təminatçısıdır.

Vestibulyar
Vestibulyar
Məqalədə:
Избранный
24
5
az.trend.az

6Источники