RU

Putin: Ukraynaya göndəriləcək NATO qoşunları Rusiya ordusunun hədəfi olacaq

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

NATO qoşunları Ukraynada görünsələr, Rusiya ordusu üçün qanuni hədəflər olacaq.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (ŞİF) plenar iclasında deyib.

“Ukraynadakı mümkün hərbi kontingentlərə gəlincə, bu, Ukraynanın NATO-ya cəlb edilməsinin əsas səbəblərindən biridir. Ona görə də, xüsusilə indi, hərbi əməliyyatlar zamanı orada hər hansı bir qoşun meydana çıxarsa, biz ondan çıxış edirik ki, bunlar onların məğlubiyyətinin qanuni hədəfləri olacaq”, - deyə Putin bildirib.

Avropa liderləri və Vladimir Zelenski sentyabrın 4-də Parisdə “istəklilər koalisiyası”nın iclasında iştirak ediblər.

Fransa prezidenti Emmanuel Makron keçirdiyi mətbuat konfransında bildirib ki, koalisiyaya daxil olan 26 dövlət bu ölkədə atəşkəs və ya sülh bərqərar olduqdan sonra Ukraynaya hərbi kontingentin göndərilməsində iştirak etməyə hazır olduqlarını təsdiqləyib. Makron Rusiya üçün “kartlarını masaya qoymamaq” üçün bu ölkələrin siyahısını verməkdən, hətta koalisiyanın Ukrayna ərazisində yerləşdirməyi planlaşdırdığı beynəlxalq kontingentin təxmini sayını açıqlamaqdan imtina edib.

O əlavə edib ki, “daha ​​bir neçə ölkə öz mövqeyini nəzərdən keçirməkdə davam edir” və iclasda ümumilikdə 35 iştirakçı olub.

Avqustun 18-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya Ukraynada NATO kontingentinin yerləşdirilməsini nəzərdə tutan və münaqişənin nəzarətsiz gərginləşməsinə səbəb ola biləcək heç bir ssenarini qəbul etmir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
8
bizimyol.info

10Источники