AZ

Ukraynaya göndəriləcək NATO qoşunlarının SAYI AÇIQLANDI

“İstəyəklilər koalisiyası” münaqişə başa çatdıqdan sonra Ukraynaya qoşun göndərilməsi ilə bağlı razılıq əldə olunacağı təqdirdə potensial olaraq yalnız 10–20 min hərbçi göndərə bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Donbasda çalışan fransız hərbi müxbir Kristel Nean TAS -a açıqlama verib.

“Reallıqda, məncə, maksimum 10–20 min olacaq. Rusiya artıq Vladimir Vladimiroviç Putin və Sergey Lavrovun bəyanatları vasitəsilə Ukrayna ərazisində NATO silahlı qüvvələrinin olmasını qəbul etməyəcəyini bildirib”, - o qeyd edib.

Nean “İstəyəklilər koalisiyası”nın bəyanatlarını və sammitlərini “sirk” adlandırıb. O, Fransa Prezidenti Emmanuel Makrona isə Avropanın hərbi lideri rolunu oynamağa çalışan “kukla” obrazını verib. Nean əlavə edib ki, Rusiyanın razılığı olmadan Ukraynaya heç bir qoşun göndərilməyəcək.

Hərbi müxbir qeyd edib ki, Ukraynaya qoşun göndərmək ideyasını əslində yalnız altı Avropa ölkəsi nəzərdən keçirir: Böyük Britaniya, Fransa, Baltik ölkələri və “bir başqa” dövlət. Almaniya və İtaliya kimi böyük ölkələr isə bu təşəbbüsdə iştirak etməyi planlaşdırmır.

Öz növbəsində, Makron Parisdə keçirilən “koalisiya” sammitindən sonra bildirib ki, Kiyevin təhlükəsizliyini təmin etmək məqsədilə 26 ölkə qoşun göndərməyə hazırdır. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də bu yöndə bəyanat verib, lakin bu, Yaponiyadan sərt tənqidlərin əlməsinə səbəb olub

Seçilən
21
8
hurriyyet.az

10Mənbələr