Müəllif:Mehin Qasımova,Banco.az
Qlobal əmtəə bazarlarında qızılın qiyməti yeni tarixi maksimuma çatıb.
Banco.az xəbər verir ki, bu barədə birja məlumatları xəbər verir.
Nyu-Yorkun COMEX-də ticarətin yekunlarına görə, dekabr qızıl fyuçerslərinin bir troy unsiyası (31,1 qram) qiyməti 0,33% artaraq 3618,2 ABŞ dolları təşkil edib.
Eyni zamanda gümüşün qiyməti də artıb: dekabr fyuçersləri 0,37% bahalaşaraq 41,57 dollar/unsiya təşkil edib.