DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
QOL.az xəbər verir ki, Argentina millisi Venesualanı qəbul edib. Lionel Messinin dubl etdiyi görüşdə meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.
Argentina millisi mundiala lider kimi yollanacaq. Kolumbiya, Paraqvay və Ekvador isə ötən gecə keçirilən oyunlardan sonra DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb. 7-ci yerdə qərarlaşan Venesuela isə qitələrarası pley-offda mübarizə aparacaq. Boliviya 1 xal geri qalaraq şansını saxlayır.
Daha əvvəl isə Cənubi Amerikadan Argentina, Braziliya və Uruqvay mundila vəsiqə qazanmışdı.
Braziliya – Çili - 3:0
Qollar: Estevao, 38, Lukas Paketa, 72, Bruno Qimaraeş, 73
Uruqvay – Peru - 3:0
Qollar: Aqirre,14, Arraskaeta, 58, Vinyas, 80
Kolumbiya – Boliviya - 3:0
Qollar: Xames Rodriqes, 31, Kordoba, 74, Kintero, 83
Paraqvay – Ekvador - 0:0