RU

Azərbaycanın U-21 millisi Portuqaliyaya qarşı

style='margin-bottom:10px;'>

Azərbaycanın U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Ayxan Abbasovun komandası Portuqaliyanın qonağı olacaq.

Çətin səfər matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Azərbaycan millisi B qrupunda Şotlandiya, Bolqarıstan, Portuqaliya, Çexiya və Cəbəllütariqlə mübarizə aparacaq. U-21-in növbəti oyunu Bolqarıstana qarşı olacaq. Görüş sentyabrın 9-da Bakıda keçiriləcək.

5 sentyabr

Avropa çempionatı
Seçmə mərhələ, 1-ci tur

22:30. Portuqaliya U-21 – Azərbaycan U-21

Baş hakim: Konstantinos Fellas (Kipr)

Barcelos."Cidade de Barcelos" stadionu

Избранный
78
2
teleqraf.com

3Источники