Azərbaycanın U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Ayxan Abbasovun komandası Portuqaliyanın qonağı olacaq.
Çətin səfər matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Azərbaycan millisi B qrupunda Şotlandiya, Bolqarıstan, Portuqaliya, Çexiya və Cəbəllütariqlə mübarizə aparacaq. U-21-in növbəti oyunu Bolqarıstana qarşı olacaq. Görüş sentyabrın 9-da Bakıda keçiriləcək.
5 sentyabr
Avropa çempionatı
Seçmə mərhələ, 1-ci tur
22:30. Portuqaliya U-21 – Azərbaycan U-21
Baş hakim: Konstantinos Fellas (Kipr)
Barcelos."Cidade de Barcelos" stadionu