RU

Komandamız Niderland və Xorvatiya ilə qarşılaşacaq

Bu gün Bakıda startı veriləcək airbadminton üzrə Avropa çempionatında rəqiblərimiz müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, millimiz Niderland və Xorvatiya yığmaları ilə birgə B qrupunda yer alıb.

Komandamız ilk oyununu sentyabrın 5-də Xorvatiya yığmasına qarşı keçirəcək. Oyun saat 16:00-da başlayacaq.

A qrupunda Fransa, Bolqarıstan və Gürcüstan, C qrupunda isə Almaniya, Türkiyə və Yunanıstan seçmə kollektivləri yer alıb.

Qarşılaşmalar Avropa Oyunları Parkında keçirilir.

Airbadminton üzrə Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.

Избранный
68
sportinfo.az

1Источники