RU

"OpenAI" Azərbaycan tələbələrini işə cəlb etmək niyyətindədir

Bakı. Trend:

Biz Bakıda keçirilən 49-cu Beynəlxalq UniversitetlərarasıProqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalında tələbələrləişləməkdən çox məmnunuq.

Bunu “OpenAI” şirkətinin tədqiqatçısı Mostafa Rohaninejad ICPCDünya Finalı 2025 kuluarlarında Trend-əaçıqlamasında deyib.

O bildirib ki, tədbirdə çox ağıllı tələbələr, həmçinin, bir çox"OpenAI" beynəlxalq iştirakçıları da iştirak edir:

"Biz tələbələri, o cümlədən, Azərbaycandan olan ən istedadlıtələbələri də işə cəlb etməyə çalışırıq, çünki onlar dünyanın ənistedadlılarından sayılır. Ümid edirik ki, bunlardan bəzilərigələcəkdə təcrübə proqramlarına, tam zamanlı iş imkanlarınaqoşulacaq, sonra isə bəlkə, öz şirkətlərini burada quraraqekosistemi inkişaf etdirəcəklər.

Gördüyümüz odur ki, fərqli etnik mənşə və mədəniyyətlərdən olantələbələr ABŞ-yə gəlib işlədikdə, bacarıqlarını inkişaf etdirir vəsonra evlərinə qayıdaraq oradakı ekosistemi gücləndirirlər. Bu, çoxmüsbət bir ekosistemdir. Buna görə də biz bundan çoxhəyəcanlanırıq".

Tədqiqatçı vurğulayıb ki, "OpenAI" olaraq edə biləcəkləri ənyaxşı işlərdən biri, ən ağıllı və bacarıqlı tələbələri şirkətlərinəcəlb etməkdir:

"Çünki məncə, ən yaxşı təlim yollarından biri işləməkləöyrənməkdir".

"Biz şirkət olaraq günəş, külək və bir çox bərpa olunan nüvəenerjisi texnologiyalarının inkişafına ciddi şəkildə investisiyaedirik, çünki kifayət qədər enerji mövcud deyil.

Biz milyonlarla GPU (Graphics Processing Unit) qurmağa çalışırıqvə bu, giqavatlarla enerji tələb edir. Ona görə də yeni günəştexnologiyaları və yeni nüvə texnologiyaları ilə işləyənşirkətlərlə əməkdaşlıq etməyə çalışırıq. Bizim qurucumuz Sam Altmannüvə füzyonuna da bir çox investisiya qoyub.

Şəxsi olaraq Azərbaycanda bərpa olunan enerji sektoru barədə çoxməlumatım yoxdur, amma əminəm ki, əgər onlar bu sahədəişləyirlərsə, AI texnologiyalarından bu sektorda da istifadə edəbilərlər", - deyə Mostafa Rohaninejad fikrini yekunlaşdırıb.

Məqalədə:
Избранный
42
2
az.trend.az

3Источники