“Fənərbağça”nın müdafiəçisi Aleksander Cikun “Spartak”a transferi sual altına düşüb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi Rusiya klubuna keçid üçün lazım olan sənədləri göndərmir. Halbuki 31 yaşlı futbolçu artıq tibbi müayinədən keçib və müqavilə imzalamağa hazırdır.
Hazırda türk klubu oyunçunu heyətdə saxlamağı da nəzərdən keçirir.
2024/25 mövsümündə Ciku “Fənərbağça”nın heyətində 38 oyuna çıxıb və 1 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir.
Qeyd edək ki, Ciku daha əvvəl Fransada “Bastiya”, “Kan” və “Strasburq”da da çıxış edib.
“Transfermarkt” futbolçunun dəyərini 6,5 milyon avro olaraq qiymətləndirir.