RU

Alparslan Bayraktar: Türkiyədən çəkiləcək elektrik xətti Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək

“Qlobal bazarlarda etibarlı tərəfdaş olmağa davam edəcəyik”...

APA-nın İstanbul bürosu xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə IV Enerji Forumu çərçivəsində iki ölkənin enerji potensialından danışarkən bildirib.

Nazir qeyd edib ki, Türkiyə və Azərbaycan malik olduqları geostrateji mövqe, zəngin resurslar və inkişaf etmiş infrastruktur sayəsində bir-birini tamamlayan rollar oynayır, eyni zamanda, regional və qlobal enerji təchizat təhlükəsizliyinə əhəmiyyətli töhfə verirlər.

Türkiyəli nazir Naxçıvanın enerji təminatından da söz açıb: “Türkiyə ilə Naxçıvanı birləşdirəcək elektrik xətti layihəsinin tamamlanması Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək və ölkələr arasında elektrik ticarətini yeni mərhələyə çıxaracaq”.

Poliqon.info

Избранный
95
4
poliqon.info

5Источники