AZ

Bayraktar: Türkiyə ilə Naxçıvanı birləşdirəcək elektrik xətti ölkələr arasında ticarəti yeni mərhələyə çıxaracaq

“Qlobal bazarlarda etibarlı tərəfdaş olmağa davam edəcəyik”.

APA-nın İstanbul bürosu xəbər verir ki, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə IV Enerji Forumu çərçivəsində iki ölkənin enerji potensialından bəhs edərkən danışıb.

Nazir bildirib ki, Türkiyə və Azərbaycan malik olduqları geostrateji mövqe, zəngin resurslar və inkişaf etmiş infrastruktur sayəsində bir-birini tamamlayan rollar oynayır və eyni zamanda regional və qlobal enerji təchizat təhlükəsizliyinə əhəmiyyətli töhfələr verirlər.

Türkiyəli nazir Naxçıvanın enerji təminatından da söz açıb:

“Türkiyə ilə Naxçıvanı birləşdirəcək elektrik xətti layihəsinin tamamlanması Naxçıvanın təchizat təhlükəsizliyini təmin edəcək və ölkələr arasında elektrik ticarətini yeni mərhələyə çıxaracaq”.

Seçilən
113
4
apa.az

5Mənbələr