RU

"Araz Naxçıvan" bütövlüklə "bakılı" oldu

Təmsil etdiyi bölgədə oynamaq əvəzinə Bakıya sığınan "Araz Naxçıvan" tənqidlərdən nəticə çıxarmaq əvəzinə, aşağı yaş qruplarından ibarət komandalarını da paytaxta köçürüb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Muxtar Respublika təmsilçisinin U-16 və U-15 komandaları bu mövsüm Bakıda məskunlaşacaq. 

Yeniyetmələrdən ibarət bu iki yaş qrupu məşq və oyunlarını "Rekord Arena"da keçirəcək. 

Buna qədər əsas komanda ilə yanaşı, əvəzedicilər, U-19 və U-17 də Bakıda məskunlaşmışdı. 

Xatırladaq ki, 2023/2024 mövsümündən Premyer Liqada çıxış edən "Araz-Naxçıvan" Naxçıvan şəhər stadionunun təmirə bağlandığını əsas gətirərək ev oyunlarını Mərdəkanda "Dalğa Arena"da keçirir.

Mirağa

Избранный
38
fanat.az

1Источники