DÇ-2026-nın seçmə mərhələsində sabah keçiriləcək İslandiya – Azərbaycan matçı üçün mərc şirkətləri əmsalları açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, evdə oynayacaq İslandiya yığmasının qələbəsi 1.53 əmsalla dəyərləndirilib. Oyunun heç-heçə bitməsinə 4.44, Azərbaycan millisinin qalib gəlməsinə isə 7.38 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma sabah Reykyavikdə oynanılacaq və saat 23:45-də start götürəcək.