RU

Tanışını zirzəmidə döyən şəxs elektron qolbaqdan azad edildi

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Səlim Bayramovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin hökmü ləğv edilib, Səlim Bayramov cinayət məsuliyyətindən azad edilib və barəsində cinayət işinin icraatına xitam verilib.


İttihama görə, hadisə 13 mart 2024-cü il tarixdə, saat 18:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən binaların birinin zirzəmisində qeydə alınıb.


Belə ki, təqsirləndirilən Səlim Bayramov zərərçəkmiş Malik Cabbarovla (adı, soyadı şərtidir) aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, yumruqla zərərçəkmişin sifət nahiyəsinə zərbə vurub. Nəticədə Malik Cabbarovun sol gözün ağlı qişasında qansızma, sol gözün üst və alt göz qapaqları, sol gözaltı-almacıq və burun nahiyələrində qançırşişkinlik kimi xəsarətlər yaranaraq sağlamlığı qısa müddətə pozulub.


Abşeron Rayon Məhkəməsinin hökmü ilə Səlim Bayramov 10 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilmişdi.
 

Kamal Məmmədov 

Tarix: 4 Sentyabr 2025, 08:49   
Избранный
70
pravda.az

1Источники