RU

Akanji “İnter”ə keçidini şərh etdi

Mərkəz müdafiəçisi Manuel Akanji yeni mövsümdə “İnter”in şərəfini qoruyacaq.

90deqiqe.Az-ın məlumatına görə,  İsveçrə millisinin üzvü keçid barədə fikirlərini bölüşüb:

“‘İnter’ mənim üçün İtaliyanın ən böyük klubu və dünyanın ən yaxşı komandalarından biridir. Son illərdə bunu sübut ediblər. Mənim üçün bu seçimi etmək çox asan oldu”

Akanji əlavə edib ki, “neradzurri” Çempionlar Liqasında ikinci dəfə ardıcıl finala çıxmağa qadirdir və bu dəfə titul qazanmaq niyyətindədir.

Akanji “Mançester Siti”dən icarə əsasında “İnter”ə transfer olunub və mövsümün sonuna qədər Serie A-da çıxış edəcək. Hazırda İtaliya çempionatının ilk iki turundan sonra “neradzurri” 3 xalla 6-cı pillədə qərarlaşıb.

Избранный
40
90deqiqe.az

1Источники