Estoniya ABŞ-dən Ukrayna üçün silah alınmasında iştirak edəcək.
Redaktor.az xəbər verir ki, bunu Baltik Respublikasının prezidenti Alar Karis NATO baş katibi Mark Rutte ilə birgə konfransda deyib.
Söhbət Tallinnin Şimali Atlantika Alyansına üzv ölkələrin könüllü töhfələri hesabına silahların sürətli çatdırılmasını nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısında (PURL) iştirakından gedir.
Estoniya lideri bu təşəbbüsü "möhtəşəm" adlandırıb və Tallinin bunu "tam dəstəklədiyini" bildirib.
"Biz bunun bir parçası olmaqdan xoşbəxtik",- deyə Karis vurğulayıb.
Aminə Şahsuvarqızı