AZ

Bu ölkə ABŞ-dən Ukrayna üçün silah alınmasında iştirakEDƏCƏK

Estoniya ABŞ-dən Ukrayna üçün silah alınmasında iştirak edəcək.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Baltik Respublikasının prezidenti Alar Karis NATO-nun baş katibi Mark Rutte ilə birgə konfransda deyib.

Söhbət Tallinnin NATO-ya üzv ölkələrin könüllü töhfələri hesabına sürətli silah tədarükünü nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (PURL) təşəbbüsündə iştirakından gedir.

Estoniya lideri bu təşəbbüsü möhtəşəm adlandırıb. Onun sözlərinə görə, Tallin bunu tam dəstəkləyir.

Seçilən
64
2
redaktor.az

6Mənbələr