RU

Bakı metrosunda qiymət artımı ilə bağlı xəbər yayıldı Qurum HƏRƏKƏTƏ KEÇDİ

Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son günlər "TikTok" sosial şəbəkəsində "Bakı Metropoliteni" QSC-nin adı ilə fəaliyyət göstərən səhifə cəmiyyətdə narahatlıq yaratmağa başlayıb. Sözügedən səhifə metroda qiymət artımı və digər önəmli mövzular barədə paylaşımlar edərək ictimaiyyətdə çaşqınlıq yaradır, səhifəni idarə edən şəxs isə profili "rəsmi hesab" kimi təqdim edir.

Məsələni dəqiqləşdirmək üçün Oxu.Az-ın "Bakı Metropoliteni" QSC-yə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, həmin səhifə saxtadır:

"Bu səhifənin "Bakı Metropoliteni" QSC-yə heç bir aidiyyəti yoxdur. Vətəndaşlar ancaq "Facebook", "Instagram", "Linkedin" və "X" platformalarındakı rəsmi səhifələrimizi izləyərək məlumat ala bilərlər. pizza hut

Sözügedən səhifənin bağlanması istiqamətində işlər görürük", - açıqlamada deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
6
yenisabah.az

8Источники