AZ

Bakı metrosunda gediş haqqının artdığını deyən SAXTA SƏHİFƏ yaranıb Qurum HƏRƏKƏTƏ KEÇDİ

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər "TikTok" sosial şəbəkəsində "Bakı Metropoliteni" QSC-nin adı ilə fəaliyyət göstərən səhifə cəmiyyətdə narahatlıq yaratmağa başlayıb. Sözügedən səhifə metroda qiymət artımı və digər önəmli mövzular barədə paylaşımlar edərək ictimaiyyətdə çaşqınlıq yaradır, səhifəni idarə edən şəxs isə profili "rəsmi hesab" kimi təqdim edir.

Məsələni dəqiqləşdirmək üçün Oxu.Az-ın "Bakı Metropoliteni" QSC-yə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, həmin səhifə saxtadır:

"Bu səhifənin "Bakı Metropoliteni" QSC-yə heç bir aidiyyəti yoxdur. Vətəndaşlar ancaq "Facebook", "Instagram", "Linkedin" və "X" platformalarındakı rəsmi səhifələrimizi izləyərək məlumat ala bilərlər.

Sözügedən səhifənin bağlanması istiqamətində işlər görürük", - açıqlamada deyilir.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
6
oxu.az

8Mənbələr