İyulun 1-dən etibarən Azərbaycanda qohum evliliklərinin qadağan edilməsini nəzərdə tutan yeni qanun qüvvəyə minib.
Həmin tarixdən sonra qohumluq əlaqəsi olan şəxslərin nikaha daxil olmaq üçün müraciət edib-etmədiyi cəmiyyəti maraqlandıran məsələlərdəndir. Yeni qaydanın tətbiqindən sonra qohumluq əlaqəsi olan şəxslərin nikaha daxil olmaq üçün müraciət etməsi halları qeydə alınıbmı?
Mövzu ilə bağlı Ədliyyə Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, belə hallarla rastlaşıldıqda marifləndirici söhbətlər aparılır:
“İyulun 1-dən etibarən aralarında nikah bağlanmasına yol verilməyən qohumların dairəsi genişləndirilib. Müvafiq dəyişiklikdən sonra nikah bağlamaq üçün müraciət edən qohumluq əlaqəsi olan vətəndaşlara qeydiyyat şöbələri tərəfindən qanunvericiliyin tələbləri izah edilir”.