RU

Xızıda kanalda batan qardaşlardan birinin MEYİTİ TAPILDI

Taxtakörpü-Ceyranbatan su kanalında batan şəxslərdən birinin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində iki nəfərin batması barədə ilkin məlumat daxil olub.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su kanalında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Axtarışlar davam etdirilir.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Orxan İsrayıl oğlu Abdıyev və 2001-ci il təvəllüdlü Ramazan İsrayıl oğlu Abdıyevin qardaş olduğu bildirilir.

***08:19

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Избранный
71
3
far.az

10Источники