AZ

Kanalda batan qardaşlardan birinin meyiti TAPILDI

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində iki nəfərin batması barədə ilkin məlumat daxil olub. Taxtakörpü-Ceyranbatan su kanalında batan şəxslərdən birinin meyiti tapılıb. 

Hafta.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su kanalında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Axtarışlar davam etdirilir.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Orxan İsrayıl oğlu Abdıyev və 2001-ci il təvəllüdlü Ramazan İsrayıl oğlu Abdıyevin qardaş olduğu bildirilir.

Seçilən
54
3
hafta.az

10Mənbələr