RU

Bu ölkələr strateji əməkdaşlığa dair memorandum İMZALADILAR

Yazını böyüt
Yazını kiçilt

Rusiya "Qazprom" və Çinin "CNPC" şirkətləri strateji əməkdaşlığa dair yeni memorandum imzalayıblar. Bu, "Sibirin gücü-2" və Monqolustan ərazisindən keçən "Soyuz Vostok" tranzit qaz kəmərinin tikintisinə dair sazişləri özündə əks etdirir.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya şirkətinin rəhbəri Aleksey Miller məlumat verib.

"Qazprom"un rəhbəri yeni sazişlər barədə Rusiya, Çin və Monqolustan nümayəndə heyətlərinin Pekində keçirilən üçtərəfli görüşündən sonra açıqlama verib. Yeni sazişə əsasən, tədarükün 30 il ərzində ildə 50 milyard kubmetr həcmində həyata keçirilməsi nəzərdə tutulur. "Tərəflər, həmçinin "Sibirin gücü" ilə tədarükün ildə 38 milyarddan 44 milyard kubmetrə, "Şərq marşrutu" ilə isə ildə 10 milyarddan 12 milyard kubmetrə qədər artırılması barədə razılığa gəliblər", - deyə Miller əlavə edib.

Qeyd edək ki, "Sibirin gücü-2"nin layihələndirilməsinə 2020-ci ildə başlanılıb. Boru kəmərinin uzunluğu təxminən 6.7 min km olacaq. Bunun 2.7 min km-i Rusiya ərazisindən keçəcək. Xatırladaq ki, 2023-cü ilin mayında Rusiya hökuməti "Sibirin gücü-2" vasitəsilə Çinə qaz tədarükü haqqında sazişi təsdiqləsə də, bu məsələ ilə bağlı tərəflər arasında danışıqlar ləngiyirdi. /RBC.ru/

Избранный
130
hafta.az

1Источники