ABŞ-nin Pensilvaniya ştatında bir avtomobil festival üçün toplaşan izdihama çırpılıb, ilkin məlumatlara görə 2 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, bölgə sakinləri ştatda keçirilən və 3 gün davam edən "Kipona Festivalı" üçün toplaşmışdılar. Bir sürücünün avtomobili ilə festival iştirakçılarının arasına girməsi nəticəsində, ilkin məlumatlara əsasən 2 nəfər xəsarət alıb.
Harrisburg polis idarəsinin rəsmisi Tomas Karter hadisə ilə bağlı verdiyi açıqlamada sürücünün saxlanıldığını, yaralananların birinin uşaq, digərinin isə əlil arabasında olan bir qadın olduğunu bildirib.