RU

Əfqanıstanda güclü zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb

Əfqanıstanın şərqində, Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.
 
Moderator.az "The Associated Press" nəşrinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin mətbuat xidməti məlumat verib.
 
Məlumatda, həmçinin qeyd edilir ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı 3 000 nəfərdir.
 
Ölü sayının artacağı istisna edilməyib.
 
Xatırladaq ki, sentyabrın 1-də Əfqanıstanın şərqində altı bal gücündə zəlzələ olub.
 
Избранный
56
2
moderator.az

10Источники