AZ

Əfqanıstanda zəlzələdə ölənlərin sayı min nəfəri ötdü - YENİLƏNİB

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1 124 nəfərə çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" Əfqanıstan Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.
 
Məlumata görə, Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş verən zəlzələ nəticəsində səkkiz mindən çox ev dağılıb, 3 251 nəfər yaralı var.
 
11:58
 
Əfqanıstanın şərqində, Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.
 
Moderator.az "The Associated Press" nəşrinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin mətbuat xidməti məlumat verib.
 
Məlumatda, həmçinin qeyd edilir ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı 3 000 nəfərdir.
 
Ölü sayının artacağı istisna edilməyib.
 
Xatırladaq ki, sentyabrın 1-də Əfqanıstanın şərqində altı bal gücündə zəlzələ olub.
 
Seçilən
33
2
moderator.az

10Mənbələr