RU

Maliyyə əlçatanlığının artırılması vacibdir EKSPERT ŞƏRH ETDİ

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Kiçik və orta sahibkarlığın inkişafı üçün bir sıra fundamental addımların atılması vacibdir. Çünki KOB sektoru hər bir ölkənin iqtisadiyyatında mühüm rol oynayır - məşğulluğun artırılmasında, yeni məhsul və xidmətlərin bazara çıxarılmasında, rəqabət mühitinin formalaşmasında və regionların sosial-iqtisadi inkişafında əsas həlledici amillərdəndir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, maliyyə əlçatanlığının artırılması vacibdir. Kiçik və orta sahibkarların ən böyük problemlərindən biri sərfəli kreditlərə çıxış imkanlarının məhdud olmasıdır: "Bu sahədə dövlətin güzəştli kredit proqramlarının genişləndirilməsi, faiz dərəcələrinin aşağı salınması və bankların KOB-lar üçün daha çevik kredit mexanizmləri tətbiq etməsi mühüm əhəmiyyət kəsb edir. İkinci mühüm addım vergi yükünün optimallaşdırılması və inzibati prosedurların sadələşdirilməsidir. Sahibkarların fəaliyyətə başlaması və bizneslərini genişləndirməsi üçün lisenziyalaşdırma, icazələr və hesabatlılıq proseslərinin daha şəffaf və sürətli həyata keçirilməsi vacibdir. Bu, həm də kölgə iqtisadiyyatının azalmasına və rəqabət mühitinin güclənməsinə səbəb olacaqdır.

Üçüncü istiqamət kimi dövlət dəstəyinin institusional mexanizmlərlə gücləndirilməsini qeyd etmək olar. Bu, həm birbaşa maliyyə dəstəyi (subsidiya, qrant, startap fondları), həm də məsləhət, təlim və innovativ texnologiyalara çıxış imkanları ilə təmin edilməlidir. Sahibkarların bazar araşdırmaları aparması, ixrac imkanlarını genişləndirməsi və yeni texnologiyaları mənimsəməsi üçün dövlət və özəl sektor əməkdaşlığı zəruridir. Bundan əlavə, rəqəmsallaşma və innovasiyaların təşviqi də KOB-un inkişafı üçün əsas faktorlardan biridir. Elektron ticarət platformalarına çıxış, onlayn ödəniş sistemləri, rəqəmsal marketinq imkanları kiçik sahibkarların həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətini artıracaqdır. Nəhayət, təhsil və peşəkar inkişafın dəstəklənməsi də nəzərə alınmalıdır. Sahibkarların biznes idarəçiliyi, müasir marketinq, mühasibat uçotu və hüquqi məsələlər üzrə biliklərinin artırılması onların daha dayanıqlı fəaliyyət göstərməsinə şərait yaradacaqdır.

Bütün bu addımların paralel və sistemli şəkildə həyata keçirilməsi KOB sektorunun inkişafını sürətləndirəcək, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payını artıracaq və ümumilikdə milli iqtisadiyyatın daha davamlı böyüməsinə xidmət edəcəkdir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
sia.az

2Источники