RU

Juninyo “Qarabağ”a qayıdır

 

"Qarabağ" uzun müddətdir davam edən axtarışlardan sonra hücumçusunu tapdı.

Sitat.info xəbər verir ki, Ağdam klubu Juninyonu geri qaytarır. Tərəflər arasında danışıqlar müsbət nəticə verib.

Braziliyalı futbolçu yenidən "Qarabağ"a qayıdır. O, bu ilin yanvarında 5 milyon avroya "Flamenqo"ya transfer olmuşdu.

Onun Braziliya klubunda karyerası istədiyi kimi getməyib və əsasən ehtiyatda qalıb.

Juninyo "Qarabağ" forması ilə 81 oyunda 42 qol vurmağı bacarıb.

Qeyd edək ki, bu gecə Çempionlar Liqasına yekun heyətlər təqdim ediləcək.

Sportinfo

Избранный
42
2
sitat.info

5Источники