Bakı. Trend:
Türkiyənin Denizli, Karabük və Aydın vilayətlərində meşəyanğınları ilə mübarizə aparılır.
Trend xəbərverir ki, Aydın vilayətinin Buharkent rayonu ərazisində başlayan vəDenizlinin Buldan rayonuna qədər yayılan meşə yanğınını söndürməküçün 400-ə yaxın yanğınsöndürmə maşını, 159 ilkin müdaxiləavtomobili, təxminən digər 50 texnika və 3 min 500 nəfərdən artıqcanlı qüvvə, eləcə də təyyarə və helikopterlər cəlb edilib.
Bəzi bölgələrdən sakinlər təxliyə olunublar.