RU

Ərdoğan: Cənubi Qafqazda davamlı sülh Türkiyə və Rusiya üçün faydalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Zirvə toplantısı çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə görüşü zamanı Azərbaycan-Ermənistan sülh prosesindən danışıb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, Ərdoğan Azərbaycan-Ermənistan danışıqlarının davamlı sülhə çatmasını arzuladığını bildirib.

O, Cənubi Qafqazda davamlı sabitliyin həm Türkiyə, həm də Rusiya üçün faydalı olduğunu vurğulayıb.

Eyni zamanda, Ərdoğan Putinlə Türkiyə və Rusiya arasındakı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparıb.

Избранный
55
11
aznews.az

10Источники