RU

Husilər: “İsrail gəmisini vurduq”

İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə İsrailə məxsus bir neft tankerini ballistik raketlə hədəfə aldıqlarını açıqlayıblar.

"Cebheinfo.az" xəbər verir ki, husilərin sözçüsü Yəhya Sariya verdiyi bəyanatda husilərə bağlı dəniz qüvvələrinin hərbi əməliyyat həyata keçirdiyini bəyan edib.

Yəhya Sariya Qırmızı dənizin şimalında İsrailə məxsus "Scarlet Ray" adlı neft tankerini ballistik raketlə vurduqlarını qeyd edib.

Husi sözçüsü bu hücumu “Fələstin xalqı və onun mücahidləri üçün bir qələbə, İsrailin Qəzza zolağındakı fələstinli qardaşlarımıza qarşı törətdiyi soyqırım və aclıq cinayətlərinə cavab” olaraq xarakterizə edib.

İsrail tərəfindən hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

İranın dəstəklədiyi husilər, Yəməndə beynəlxalq səviyyədə tanınmayan hökumətin başçısı Əhməd Qalib ər-Rehavi və onunla birlikdə olan bəzi nazirlərin 28 avqustda paytaxt Sənaya edilən hücumda öldürülməsindən sonra İsraildən intiqam alacaqlarına and içmişdilər.

İsrail isə kabinet və Təhlükəsizlik Kabineti iclaslarını daha təhlükəsiz bir məkana keçirmə qərarı almışdı. 

Избранный
132
cebheinfo.az

1Источники