Dənizlidə meşə yanğınları davam edir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Türkiyənin Dənizli bölgəsində dağlıq ərazilərdə başlayan yanğın, 4 gündür davam edir.
Yanğınsöndürmə əməliyyatlarına 13 helikopter, 1 yanğınsöndürən təyyarə cəlb olunub. Yanğının güclənməsinə təkan verən küləkli havanın bu gün saat 15:00-dan etibarən şiddətlənəcəyi gözlənilir.
Qeyd edək ki, yanğınla əlaqədar iki məhəllə təxliyə edilib.
Dəryanur Cəfərova