Bakı, 1 sentyabr, AZƏRTAC
Əfqanıstanın Hindukuş dağlarında baş vermiş zəlzələ nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Cəlalabad şəhərində yaşayış binasının dam örtüyünün uçması nəticəsində iki uşaq ölüb.
03:02
Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ Əsədabad şəhərindən 34 km cənub-qərbdə baş verib. Zəlzələ ocağı Yerin 10 km dərinliyində yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.