RU

La Liqa: "Barselona"dan yeni mövsümdə ilk xal itkisi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniya La Liqasının 3-cü turunda "Barselona" "Rayo Valekano"nun qonağı olub.
Oxu.Az xəbər verir ki, matçın 40-cı dəqiqəsində Yamal penaltidən hesabı açaraq katalonları irəli çıxarıb.
67-ci dəqiqədə meydan sahiblərindən Perez cavab qolunu vuraraq oyunda tarazlıq yaradıb - 1:1.
Hazırda "Barsa" 7 xalla turnir cədvəlində ilk 5-liyi qapayır. Onun rəqibi isə 4 xalla 10-cudur. Çempionata 9 xalla Madrid "Real"ı başçılıq edir.
Избранный
41
1
oxu.az

2Источники